6 Dekabr 2020 17:41
2 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin Liviya və Qarabağda (Azərbaycan) yerli Pilotsuz Uçan Aparatlarla (PUA) ciddi uğur əldə etməsinin beynəlxalq mediada müzakirə edildiyi vaxt Rusiyada qəribə olaylar baş verir. İki rus jurnalist – Aleksey Petruşko və İvan Malişkin (operator) dekabrın 3-də BAYKAR-ın İstanbuldakı PUA istehsalı obyekti yaxınlığında çəkiliş apararkən saxlanılmışdı”.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyyət” qəzeti yazıb.

Nəşr qeyd edir ki, olay sənaye casusluğu ehtimalını önə çəkdiyi vaxt Rusiyanın “NVT” kanalının rəhbərinin köməkçisi Vadim Takmenyevdən qəribə açıqlama gəlib: “Məncə, ortada yanlış anlaşılma var. İki jurnalist də bizim ştatda olan əməkdaşımızdır. Onları Türkiyəyə Yeni il proqramının çəkilişləri üçün göndərmişik. Türkiyənin Yeni ilə necə hazırlaşdığını çəkməyə çalışacaqdılar”.

Rusiya Xarici İşlər Nazirliyi də Türkiyəyə iş üçün gəldiyi iddia edilən iki jurnalistə nə üçün işləmək icazəsi verilmədiyinə aydınlıq gətirməyib, amma Türkiyədən əməkdaşlıq və yardım gözlədiklərini bildirib.

Nazirlikdən verilən açıqlamada deyilib: “Ankaradakı səfirimiz və İstanbuldakı baş konsulumuz Türkiyənin aidiyyəti qurumları ilə təmasa keçiblər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər