Banqladeşin şimalında iki sərnişin avtobusu toqquşub.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, paytaxt Dəkkə şəhəri yaxınlığında baş verən qəzada 20 nəfər ölüb, 30-u isə ağır yaralanıb. Rəsmilər yaralıların vəziyyətlərinin ağır olması səbəbindən ölənlərin sayının artacağını istisna etmir.
Qeyd edək ki, Banqladeşdə hər il təxminən 10 min insan yol qəzalarında həlak olur.
Samir