Rus mühəndislər Dağlıq Qarabağda 70 hektardan çox ərazini və 23 kilometrdən çox yolu təmizləyib. O cümlədən 4,5 mindən çox partlayıcı zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ümumilikdə Dağlıq Qarabağdakı mühəndis bölmələri 70 hektardan çox ərazini, 23 kilometrdən çox yolu, 157 evi və sosial obyekti təmizləyib, 4500-dən çox partlayıcı aşkar edərək zərərləşdirib”,-məlumatda qeyd edilib.
Son bir həftə ərzində isə 5 hektara qədər ərazi, 500 metr yol, 24 ev təmizlənib və altı ədəd partlamamış sursat aşkar edilərək zərərsizləşdirilib.