18 Dekabr 2020 10:28
1 834
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2011-ci ildən sonra Türkiyəyə təhdidlər artıb. Biz düşünmək məcburiyyətindəyik, necə müdafiə olunacağımızı düşünərkən sonda “S-400” məsələsinin üzərində dayandıq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Nazir ABŞ-ın Türkiyəyə qarşı sanksiya qərarına belə cavab verib:

“Bizim öz prinsiplərimiz, birgə istehsal məsələsi var. Alqı-satqı bunların ətrafında gedib. Prosedur şəffaf şəkildə həyata keçirildi, heç nəyi gizlətmədik. Türkiyə hər deyilənə “bəli” deyən dövlət deyil.

Amerikanın müdafiə naziri bizə dedi ki, “S-400” “F-35”ə təhdiddir. “Kim bunu deyir” soruşduq. “Amerikalı pilot” deyə cavab verdilər. Bəs o pilot neçə dəfə “F-35”lə uçub, neçə dəfə “S-400”lə üz-üzə gəlib? Şahid yoxdur.

İsraildə “F-35” var, Suriyada “S-400” var. Onlar bir-birinə təsir edirmi, şifrələrini əldə edə bilirmi? Əlbəttə, yox. Türkiyə və ABŞ arasında əməkdaşlıq, müttəfiqlik əlaqələri var. Bir “S-400” üçün bunların üstündən xətt çəkəcəksiniz? İstəyimiz budur ki, amerikalı müttəfiqlərimiz bu qərarından imtina etsinlər, məntiqli şəkildə uzunmüddətli planlarımızın olduğunu nəzərə alsınlar”.

Hulusi Akar ABŞ-ın bölgədə ən etibarlı müttəfiqinin Türkiyə olduğunu söyləyib:

“Yaxın Şərq və Qafqazda ən vazkeçilməz müttəfiqi Türkiyədir, indi də hərbçiləri Türkiyə ilə münasibətlərinin yaxşı olduğunu deyirlər. Məntiqli düşünə bilən şəxslərin bu qərarı yenidən nəzərdən keçirəcəklərini gözləyirik.

Biz dostluq münasibətinin tərəfdarıyıq. 83 milyonun haqlarını qorumaq üçün nə lazımdırsa, etnəyə hazırıq. Aramızdakı ən böyük problem “S-400” deyil, PKK/YPG terrorçularıdır. Öncə oradan başlamaq lazımdır. Amerikalı dostlarımız buna cavab verməlidirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər