19 Yanvar 2021 00:26
2 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin hökumətə əmək miqrantlarının ölkənin inşaat sahələrinə cəlb edilməsi ilə məşğul olmağı tapşırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın "Novosti" xəbər agentliyi məlumat yayıb.
Putinin təlimatında qeyd olunub ki, Rusiya Federasiyasının vətəndaşı olmayan, o cümlədən MDB-nin müəyyən ölkələrindən olan işçilərin tikinti-inşaat işlərinə cəlb edilməsi üçün sadələşdirilmiş prosedurun yaradılması məsələsinə baxılsın.

Koronavirusun yayılmasının qarşısını almaq üçün işin bütün profilaktik tədbirlərə uyğun şəkildə aparılması lazım olduğu qeyd bildirilib. Hökumət və Dövlət Şurasının inşaat, mənzil-kommunal xidmətlər istiqamətindəki komissiyaları bu məsələ ilə məşğul olmalıdır. Tapşırığın icrası üçün son tarix 1 martdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər