21 Yanvar 00:26

Türkiyədə koronavirusa qarşı vaksinasiya olunan şəxslərin sayı 1 milyon nəfəri ötüb.

Teleqraf.com xəbər verir ki, ölkədə vaksinasiya artıq 7-ci gündür davam edir.

Məlumata əsasən, ilk növbədə Çin istehsalı olan CoronVac vaksinini ilə tibb işçiləri vaksinasiya olunub.

Qeyd edək ki, Türkiyəyə vaksinlərin birinci partiyası (3 milyon doza) dekabrın 30-da gəlib.


Müəllif: Teleqraf.com