“Ukrayna NATO-ya daxil ola bilməsə, Rusiyaya qarşı özünü qorunmaq üçün yenidən nüvə silahı əldə etməli olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib.
“Ya NATO kimi bir ittifaqın bir üzvü olacağıq və Avropanın güclənməsinə öz töhfəmizi verəcəyik, ya da yalnız bir seçimimiz qalır: özbaşımıza silahlanmaq”, - diplomat vurğulayıb.
Melnik belə bir vəziyyətdə Ukraynanın yenidən nüvə silahı əldə etməsi haqda düşünə biləcəyini söyləyib: “Təhlükəsizliyimizi başqa necə qarantiya altına ala bilərik?..”
Vaxtilə dünyanın üçüncü böyük nüvə arsenalına sahib olan Ukrayna ABŞ, Rusiya və İngiltərədən təhlükəsizlik zəmanəti aldıqdan sonra 1994-cü ildə nüvə başlıqlarından imtina edib.