6 May 2021 14:53
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da COVID-19 səbəbindən vəfat edənlərin sayı 578 min 504 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, Con Hopkins Universitetinin qeydlərinə görə, virusa yoluxanların sayı bir gündə 40 min 515 nəfər artaraq 32 milyon 513 min 803-ə yüksəlib.

COVID-19 virusi səbəbindən vəfat edənlərin sayı isə 578 504 nəfər olub.

Bununla paralel olaraq Amerikada 106 milyondan çox insan vaksinasiya olunub.

Qeyd edək ki, ölüm və yoluxma sayına görə, ABŞ-ı Hindistan və Braziliya izləyir.

Braziliyada virusdan 411 min, Hindistanda isə 226 mindƏn çox insan vəfat edib. Rusiyada da vəfat edənlərin sayı yüksəkdir.


Müəllif: Cavad