“Dünya birliyi bizi qarşıdurmaya sövq edir. Lakin Rusiya konfrontasiyaya getmək niyyətində deyil”.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, Rusiya regional və qlobal problemlərin həllində bərabərhüquqlu iştirakın tərəfdarıdır: “Biz hər zaman belə məsələlərdə bərabərhüquqlu həllər qarşılığında dialoqa hazırıq. Bütün aparıcı ölkələr öz hərbi potensiallarını aparır. Ancaq buna baxmayaraq, bütün problemlərin həllini təcavüzlə deyil, sivil yolla aparmalıyıq”.
Putin 21-ci əsrdə daha sabit və təhlükəsiz şəraitin üstünlüyünü diqqətə çatdırıb: “Əvvəlki dövrlər kimi təhdidlər yoxdur. Bəzi bölgələrdə son vaxtlar vəziyyət qismən ağırlaşıb. Bunlardan biri və bizim üçün ən əsası Ukraynanın cənub-şərqində baş verənlərdir. Bu məsələnin həlli bizim üçün çox vacibdir”.
Samir