Türkiyə Müdafiə Nazirliyi “Pəncə: İldırım” əməliyyatlarında tədarük işləri əsnasında bir hərbçinin şəhid olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, açıqlamada hadisənin dünən baş verdiyi deyilir.
“23 May 2021-ci il tarixində “Pəncə: İldırım” əməliyyatı çərçivəsində həyata keçirilən hava təchizatı fəaliyyətində helikopterin enişi zamanı qəhrəman yoldaşlarımızdan biri yaralanıb. Dərhal xəstəxana aparılmasına və edilən bütün müdaxilələrə baxmayaraq şəhid olub”, - açıqlamada qeyd olunub.
Müdafiə naziri Hulusi Akar şəhid əsgər üçün başsağlığı verib.