1 İyun 2021 15:14
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Normandiya formatında danışıqların aşağı səmərəliliyi səbəbindən Donbasdakı qarşıdurma yeni güclə alovlanarsa, Ukrayna Rusiya tərəfindən təhdid edilə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu alman nəşri “Frankfurter Allgemeine Zeitung” müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski qarşıdurma vəziyyətində Rusiyanın Ukraynanın digər ərazilərinə qarşı da, hücuma keçəcəyini istisna etməyib.

Onun sözlərinə görə, Normandiya formatı çərçivəsində bütün tərəflərin atdığı vacib addımlara baxmayaraq, iştirakçılar hələ də Ukraynanın şərqindəki vəziyyəti müzakirə etmək istəmirlər:

“Krım və ya təhlükəsizlik zəmanətləri barədə heç bir söhbət yoxdur. Söhbət NATO-ya üzv olmağımızdan və ya alyansla ortaqlığımızdan getmir”.

O, Avropa liderlərinin Rusiyaya qarşı ehtiyatlı diplomatiya strategiyası seçdiyini və onu “münaqişə iştirakçılarından biri” adlandırmaq istəmədiklərini sözlərinə əlavə edib.

Zelenski Donbasda ehtimal olunan növbəti qarşıdurmanın miqyasının genişlənə biləcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu