24 Avqust 2021 22:14
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börns Əfqanıstanın paytaxtı Kabildə Talibanın siyasi lideri Abdülqani Bəradərlə gizli görüş keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb. Ağ Evdəki mənbələrə istinadən edən nəşr Co Bayden administrasiyasının hakimiyyəti ələ keçirən Talibanla ilk təmasının bu gün baş tutduğunu yazıb.

CIA məsələ ilə bağlı açıqlama verməkdən imtina edib. Görüşün əsas mövzusunun təxliyə olduğu bildirilib. Qeyd edək ki, ABŞ və müttəfiqləri 31 avqust tarixinə qədər Əfqanıstanda təxliyə işlərini bitirməlidir. Talibanın bu tarixin uzadılması təklifini qəbul etmədiyi iddia olunub. Mənsur Rəğbətoğlu


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər