Fransada keçiriləcək prezident seçkilərində sağçıların namizədləri arasında ciddi fiqurlardan olan Erik Zemmorun köməkçisi ilə dənizdə yayılan fotosu qalmaqala səbəb olub.
Teleqraf.com xəbər verir ki, Zemmor 28 yaşlı xanım köməkçisi ilə dənizdə görüntülənib.
Görüntüləri yayımlayan “Paris March”ın yayım redaktoru Herve Katteqno vəzifəsində qovulub.
Qeyd edək ki, Fransa prezident seçkilərində sağ qüvvələrin favorit namizədi hesab olunan Zemmourun yayılan fotolara görə narahatlıq keçirdiyinə dair fransız mətbuatı çoxsaylı məqalələr yazıb.
Zemmourun özü isə şəxsi həyatına müdaxilə edildiyi üçün qanuni proses başladacağını bəyan edib.