17 Noyabr 2014 08:51
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaliforniyada keçirilmiş müdafiə məsələləri üzrə forumda çıxış edən ABŞ müdafiə naziri xəbərdarlıq edib ki, ABŞ ordusu öz texnoloji qüdrətini itirməkdədir və yeni təhlükələrin qarşısını almaq imkanında olmaq üçün yeni silah sistemlərinin inkişafına ehtiyac var.

Teleqraf.com-un məlumatına görə, Pentaqon rəhbəri Çak Hegel XXI əsrdə ABŞ hərbi üstünlüyünü qoruyub saxlaymaq məqsədilə yeni hərbi texnologiyalar və silah sistemlərinin inkişafını nəzərdə tutan proqramın qəbul olunduğunu bildirib. Hegel Rusiya və Çin kimi dövlətlər öz hərbi xərclərini artırdığını və silahlarını modernləşdirdiyini qeyd edib.

Bundan başqa, ABŞ müdafiə nazirinin qeyd etdiyi kimi, əvvəllər yalnız məhdud sayda inkişaf etmiş ölkənin malik olduğu silah sistemləri getdikcə daha çox sayda ölkələrə yayılır və o cümlədən, terrorçu təşkilatlar üçün əlçatan silaha çevrilir.

Çak Hegel yeni proqrama start verildiyini və müasir müdafiə texnologiyalarına xərclərin artırılmasının nəzərdə tutulduğunu desə də, çıxışında konkret rəqəmlər göstərməyib.

BBC


Müəllif:

Oxşar xəbərlər