30 Dekabr 2021 20:54
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində yerli TURKOVAC dərmanı ilə peyvəndlərə başlanılıb

Teleqraf.com xəbər verir ki, TURKOVAC artıq paytaxt sakinlərini peyvənd etmək üçün istifadə olunur.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca ötən gün Ankara Şəhər Xəstəxanasında gücləndirici doza olaraq yerli dərmanla peyvənd edilib.

Koca həmyerlilərini yerli təsirsizləşdirilmiş peyvəndlərə üstünlük verməyə çağırıb.

Türkiyənin Səhiyyə Nazirliyi daha əvvəl TURKOVAC peyvəndinin təcili istifadəsinə icazə verib.

Peyvəndin seriyalı istehsalı ölkənin cənub-şərqindəki Şanrurfa vilayətində təşkil olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər