Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, quldurların Qazaxıstan təhlükəsizlik qüvvələri üzərində üstünlüyü ən azı beş dəfə çox olub.
Teleqraf.com xəbər verir ki, Qazaxıstan Prezidenti bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Şurasının iclası zamanı deyib.
“Sayca ən azı beş dəfə çox üstünlüyə malik olan quldurlar polis zabitlərinə və hərbçilərə hücum edib, onları xüsusi amansızlıqla döyüblər”, - “RİA Novosti” Tokayevdən sitat gətirir.
“Gecə onlar morqlara hücum edərək yaraqlıların cəsədlərini aparıblar, bu, beynəlxalq terrorçuların təcrübəsidir”, - deyə Tokayev iclasda əlavə edib.
“Daha sonra Nur-Sultan dünyaya Qazaxıstana qarşı terror təcavüzünün hazırlanmasına dair sübutlar təqdim edəcək”, - dövlət başçısı bildirib.
Bundan əvvəl Qazaxıstanda təhlükəsizlik qüvvələrinin iğtişaşları nəticəsində ölənlərin sayının 17-yə yüksəldiyi bildirilirdi.
Həmçinin baş verən iğtişaşlar zamanı Qazaxıstan Milli Qvardiyasının 400-ə yaxın döyüşçüsü yaralanıb.