3 Fevral 2022 13:03
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən əvvəl açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri Rusiya və Ukraynanı təmkinli davranmağa çağırıb.

“Biz mühüm regional məsələlərlə bağlı fikir mübadiləsi aparacağıq. Qara dəniz ölkəsi olaraq bütün tərəfləri təmkinli olmağa dəvət edirik. Bir daha vurğulayıram ki, biz sülhün bərqərar olması üçün üzərimizə düşəni etməyə hazırıq.

Bu gün cənab Zelenski ilə görüşümüz olacaq, daha sonra cənab Putin Çin səfərindən sonra Türkiyəyə səfər edəcək. Bu iki səfər baş tutmadan hansı daşı hara qoyacağımızı düşünmək düzgün olmazdı. Bölgənin mühüm ölkəsi olaraq Rusiya və Ukrayna arasında mənfi gəlişmələr görmək bizim üçün doğru inkişaf deyil”, - Ərdoğan vurğulayıb.

Türkiyə lideri bildirib ki, Kiyevdə keçirəcəyi görüşlərdə Krım tatarlarının durumunu da müzakirə edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər