Şimali İraq kürd regional rəhbərliyinin paytaxtı Ərbildə görüşlərini davam etdirən Türkiyə baş naziri Əhməd Davutoğlu “Cəlil əl-Həyat” məscidində olarkən maraqlı an yaşanıb.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyə baş nazirini kürd snayperləri qoruyub.
Ə.Davudoğlu Ərbildə kürd regional rəhbərliyinin baş naziri Neçirvan Bərzani, daha sonra isə regional rəhbərliyin başçısı Məsud Bərzani ilə görüşüb. Kürd muxtariyyətinin güc strukturları Türkiyə baş nazirinin təhlükəsizliyinin qorunması üçün xüsusi hazırlıq vəziyyətinə gətirildiyi bildirilir.