28 Fevral 2022 09:23
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus ordusu Ukraynanın işğal əməliyyatlarına qoşula bilər.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə “Vaşinqton Post” qəzeti çıxış edib.

Qeyd edilir ki, Ukrayna Quru Qoşunları ölkəyə daxil olan rus hərbi kontingentini saxlayır, onlara müxtəlif istiqamətdə zərbələr endirir. Bu səbəbdən də Belarusdan olan hərbçilərin rusların köməyinə gələ biləcəyi real ehtimal sayılır.

“Belarus öz qoşunlarını Ukraynanı işğal edən ruslara kömək etmək üçün göndərə bilər. Çox güman, işğalçıların özləri də öhdəsindən gəlmirlər”, - ABŞ mediası qeyd edir.

Bildirilir ki, Belarus hərbçiləri bazar ertəsi, fevralın 28-də işğala qoşula bilər.


Müəllif: Nemət