“Rusiya Xarici İşlər Nazirliyi böhranlı rejimdə işləyir”.
Teleqraf.com xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Rusiya Xarici İşlər Nazirliyi böhran rejimində işləyir, sanksiyalardan zərərin minimuma endirilməsi ilə məşğuldur”, - diplomat bildirib.
Diplomat əlavə edib ki, Rusiya hələlik Qərbdə böhrana səbəb olan siyasi eqoizmin yalnız təzahürünü görür: “Rusiya təhlükəsizlik və strateji sabitliyin təminatları üzrə Qərblə dialoqu davam etdirməyə hazırdır”.
Rusiyanın təcrübəli diplomatı əlavə edib ki, Qərb Kiyevi dəlicəsinə silahla doldurur. O, əmindir ki, Ukraynadakı xüsusi əməliyyatın tapşırıqları tam şəkildə yerinə yetiriləcək.
Bundan başqa, Ryabkov deyir ki, Rusiya və ABŞ münasibətləri dibə çatdıqdan sonra yuxarı qalxacaq və bunun üçün Qərbin iradəsi lazımdır: “Rusiya ABŞ və digər Qərb ölkələri ilə əlaqə kanallarını saxlayır. Rusiya ABŞ-la əsasən səfirliklər vasitəsilə dialoq aparır”.