"Bizim xalqımız, bizim ukraynalılarımız geri çəkilmir. Mən təslim olmuram. Müqaviməti dayandırmaq olmaz. Onlar (ukraynalılar-red) işğalçılara qışqırırlar: evinizə gedin! Rusiya gəmisi kimi!".
Teleqraf.com xəbər verir ki, bunları Ukrayna Prezidenti Vladimir Zelenski xalqa növbəti müraciətində deyib.
“İşğalçıların etirazı və təhqiri ilə yanmış Ukrayna torpağımızın hər qarışı bütün Ukraynanın qələbəsinə doğru bir addımdır. Bu, bir ömür şansıdır. Ukraynalılar, düşmənin girdiyi bütün şəhərlərimizdə bunu hiss edin, irəliləyin!”, - Zelenski əlavə edib.
Zelenski bildirib ki, müvəqqəti işğal olunmuş ərazilərdə yerli sakinlərin müqaviməti Ukrayna dövlətinin bərpa olunacağına əminlik yaradır.
"Biz hamımız birlikdə dövlətimizi yenidən quracağıq. Buna inam müqavimətimizin enerjisi, etirazımızla doldurulur",- Ukrayna lideri vurğulayıb.
"Xersondakı “Azadlıq” meydanı bütün Ukraynadır. Yerli əhalinin işğalçılara qışqırdığı Konotop küçələri Ukraynadır. Sizin şəhəriniz müvəqqəti də olsa, işğal altında olanda etiraz etmək xüsusi qəhrəmanlıqdır", - dövlət başçısı əlavə edib.
Ukrayna Prezidenti eləcə də xalqı Rusiya hərbçilərinin girməyə çalışdığı şəhərlərə hücuma keçməyə çağırıb.
Zelenski ukraynalıları eyni zamanda düşmənlə vuruşmağa və küçələrə çıxmağa çağırıb.
"Ukraynalılar, düşmənin daxil olduğu bütün şəhərlərimizdə hücuma keçin. Küçələrə çıxmaq lazımdır. İmkan olanda döyüşmək lazımdır. Xersonda olduğu kimi, Berdyanskda, Konotopda da, Melitopolda olduğu kimi”, - Prezident bildirib.
O vurğulayıb ki, düşməni torpaqdan qovmaq lazımdır ki, onlar yeni saxta respublikalar yaratmasınlar.
"Biz çıxıb bu şəri şəhərlərimizdən, torpağımızdan qovmalıyıq. Normal həyatın qeyri-mümkün olduğu yeni "DXR" və "LXR" yaratmasınlar", - Zelenski əlavə edib.