14 Mart 2022 11:05
2 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə altı ay müddətinə “Bayraktar TB2”ləri ölkəmizə yerləşdirsə, çox məmnun olarıq”.

Teleqraf.com xəbər verir ki, bunu Latviya müdafiə naziri Artis Pabriks deyib.

Nazir “Bayraktar”ların tədarükü ilə bağlı Türkiyə ilə danışıqların davam etdiyini bildirib:

“Biz hələ bununla bağlı müqaviləni imzalamamışıq. “Bayraktar TB2”ləri öz səmamızda sınaqdan keçirmək istəyirik. Hazırda bu barədə Türkiyə Müdafiə Nazirliyi ilə danışırıq. Sabah bu sistemi alacağımızı deyə bilmərəm, amma maraqlanırıq və bu sistemləri sınaqdan keçirmək istəyirik”.

Fabriks Latviyanın Türkiyənin Avropa Birliyinə üzvlüyünü dəstəklədiyini söyləyib:

“Avropa Birliyinə gəlincə, Latviya bir çox hallarda Türkiyəni dəstəkləyir. Biz sizin Avropa Birliyindəki lobbinizik. Bu, şübhəsiz ki, bizim maraqlarımıza daxildir”.

O, türk həmkarı Hulusi Akarı ölkəsinə səfərə dəvət edib:

“Müdafiə naziri Hulusi Akarın yazda Latviyaya səfər etməsini gözləyirik, onu ölkəmizdə görməkdən çox məmnun olarıq. Türkiyə bir neçə ay ərzində Latviyaya “Bayraktar TB2”ləri yerləşdirsə, bundan da çox məmnun olarıq. Bunları üç-altı ay ərzində hava bazalarımızda yerləşdirərlərsə, həm sınaq, həm də müşahidə missiyaları üçün istifadə edəcəyik”.

Ukrayna Prezidenti Vladimir Zelenski bundan əvvəl Rusiyanın Ukraynadan sonra bir neçə ölkəni hədəf alacağını iddia edib. O, Gürcüstan, Moldova, Estoniya, Litva və Polşa ilə yanaşı, Latviyanı da hədəf alacağını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər