KXDR ballistik raket olduğu güman edilən raketi buraxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiyanın "NHK" xəbər verib.
Vurğulanıb ki, Yaponiya Müdafiə Nazirliyi hazırda Şimali Koreyanın növbəti raket atışı ilə bağlı məlumat toplayır və təhlil aparır. Yaponiyanın baş naziri Fumio Kişidanın ofisi yanında böhran qərargahı işə başlayıb və hazırda bu il onuncu olan Pxenyanın raket buraxılışından mümkün zərər haqqında məlumat toplayır.