17 Mart 2022 12:45
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna müdafiəçiləri hər gün bir neçə düşmən təyyarəsini vururlar. Bizim hesablamalarımıza görə, biz Rusiyada mövcud olan təyyarələrin təxminən üçdə birini vurmuşuq. Yəni 21 gün ərzində Rusiya öz təyyarələrinin üçdə birini itirib”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.

O həmçinin əlavə edib ki, son günlər saxlanılan pilotların sayı getdikcə azalıb: “Bu, yola düşməzdən əvvəl qaçmaq imkanının məhdudlaşdırılması ilə bağlı ola bilər”.

Qeyd edək ki, son bir gündə Ukrayna tərəfi Rusiyaya məxsus 5 təyyarə və 3 helikopteri vurduğunu iddia edib.


Müəllif: Nemət