20 Mart 2022 11:26
2 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus hərbçiləri Xerson vilayətində yerli sakinləri əməkdaşlığa məcbur etməyə çalışırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Ukrayna müdafiə qüvvələrinin vəziyyətində, mövqeyində, hərəkətlərinin xarakterində ciddi dəyişiklik yoxdur: “Ukrayna qüvvələri düşmənə effektli müqavimət göstərməkdə davam edir. Üç Rusiya helikopteri Ukrayna Silahlı Qüvvələrini tərəfindən vurulub.

Düşmən ötən gün ərzində aktiv hücum əməliyyatları keçirməyib. Düşmənin əsas fəaliyyəti cari itkilərin yerinin doldurulmasına, qismən məhv edilmiş texnikaların bərpasına, xarici muzdluların sərhəd rayonlarına göndərilməsinə, Ukraynadakı işğalçı qüvvələrinin maddi-texniki təchizatla bağlı xroniki problemlərinin həllinə yönəlib”.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib ki, rus qüvvələri işğal etdiyi ərazilərdə sərt inzibati-polis rejimi tətbiq edir, qəsdən humanitar böhranın yaranmasına çalışırlar.

Baş Qərargahdan bildirilib ki, Kiyev istiqamətində döyüşlərdə iştirak edən Rusiyanın 331-ci Qvardiya Paraşüt-Desant Alayının birləşmiş dəstələrindən yalnız bir hərbçi sağ qalıb, qalanları həlak olub:

“Rusiya Qara Dəniz Donanmasının komandanlığı təcili olaraq itkiləri 810-cu Dəniz Briqadasının 7-ci Hücum Diviziyasının paraşütçüləri ilə əvəzləməyə çalışır.

Bundan əlavə, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində 1-ci Ordu Korpusunun itkilərini doldurmaq üçün növbəti səfərbərlik dalğası elan edilib. Səfərbərliyə cəlb olunanların maksimum yaşı 65-ə qaldırılıb. Hər gün 2-ci Ordu Korpusunun yerləşdiyi ərazidən Luqansk, Sorokine və Dovjanske yaşayış məntəqələrinə hərbçi cəsədləri ilə dolu yük maşınlarının gəldiyini nəzərə alsaq, Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində də eyni vəziyyətin hökm sürdüyünü deyə bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər