Separatçı Donetsk respublikasının (DXR) xalq milisləri bir gündə 64 ukraynalı millətçini öldürüb, 16 nəfəri əsir götürüb və bir neçə hərbi texnikanı ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə separatçı respublika “milis” idarəsinin rəis müavini Eduard Basurin çıxış edib.
“Son 24 saat ərzində hərbçilərimiz 64 ukraynalı millətçini, 21 atəş nöqtəsini, iki tankı, bir komanda maşını və bir zirehli maşını məhv edib. Onlar bir piyadanın döyüş maşını, bir ZU-30 zenit silahı və iki zirehli transportyorunu ələ keçiriblər”, - Basurin deyib.
Bundan əlavə, Basurin iddia edib ki, Ukrayna ordusunun 54-cü mexanikləşdirilmiş və 25-ci desant briqadalarının 16 hərbçisi könüllü olaraq silahlarını yerə qoyaraq separatçı rejim tərəfinə keçiblər.