29 Mart 2022 10:55
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus ordusu Ukraynanın 60-dan çox kilsəsini və dini binasını dağıdıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Feysbuk hesabında bildirilib.

Məlumatda qeyd edilib ki, rus ordusu ortalam gündəlik iki mənəvi əhəmiyyət kəsb edən binanı məhv edir.

“Ukraynanın ən azı 8 vilayətində kilsələr dağıdılıb. Müharibə dövrü ərzində Rusiya ordusu tərəfindən 60-dan çox Ukrayna kilsəsi və dini binası dağıdılıb”, - məlumatda deyilir.

Qeyd edilir ki, kilsə, məscid, sinaqoqlar, dini qurumların əsas inzibati binaları əsasən Kiyev, Donetsk, Jitomir, Zaporojya, Luqansk, Sumı, Xarkov və Çerniqov kimi vilayətlərdə dağıdılıb:

“Onların böyük əksəriyyəti pravoslav kilsələridir. Məscidlər, sinaqoqlar, protestant kilsələri, dini məktəblər və dini qurumların mühüm inzibati binaları da bura daxildir”.


Müəllif: Nemət