6 May 08:00
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Daxili İşlər Nazirliyi Ukraynanın sabiq daxili işlər naziri Arsen Avakov və keçmiş informasiya siyasəti naziri Yuri Stetsi axtarışa verib.

Teleqraf.com xəbər verir ki, bu barədə DİN-in verilənlər bazasından bəlli olub.

“Avakov Arsen Borisoviç. Cinayət Məcəlləsinin maddəsi üzrə axtarışdadır”, – qurumun bazasında diqqətə çatdırılsa da, maddə aydınlaşdırılmayıb.

Axtarışa verilmiş Stetsin də hansı maddə ilə bazaya daxil edildiyi açıqlanmayıb.

Qeyd edək ki, Avakov 1964-cü ildə Bakıda anadan olub. Erməniəsilli siyasətçi 2014-cü ildən 2021-ci ilədək Ukraynanın Daxili İşlər Nazirliyinə rəhbərlik edib. 48 yaşlı Yuri Stets isə beş il – 2014-cü ildən 2019-cu ilədək informasiya siyasəti vəzifəsini tutub.

Xatırladaq ki, daha öncə Rusiya DİN Ukraynanın Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Oleksiy Danilovu axtarışa vermişdi. Eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenski, habelə keçmiş dövlət başçısı Petro Poroşenko da Rusiya DİN-in bazasına əlavə edilmişdi.


Müəllif: Teleqraf.com