6 May 08:55
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın yeni təyin edilmiş mədəniyyət naziri Ernest Urtasun korrida üzrə milli mükafatı ləğv edib.

Teleqraf.com xəbər verir ki, qərarı alqışlayanlarla yanaşı, buna qarşı çıxanlar var. Korrida ilə aktiv məşğul olanlar 30 min avro dəyərindəki mükafatın ləğvindən narazıdır. Onlar korridanı İspaniyanın mədəni irsinin bir parçası hesab edirlər.

Yeni nazir qərarını belə əsaslandırıb ki, heyvanlara qarşı pis rəftardan narazı olan ispanların sayı ilbəil artır. 2024-cü ildə heyvanlara qarşı zorakılığa görə mükafat verilməsi mətniqsizdir.

Statistika göstərir ki, İspaniyada öküz döyüşlərinə maraq ciddi şəkildə zəifləyib. 2016-cı ildən indiyədək tamaşaların sayı 3 dəfə azalıb. 2023-cü ildə isə ispanların cəmi 2%-i toreadorların tamaşalarına gedib.


Müəllif: Teleqraf.com