29 Mart 2022 10:46
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın işğalçı hücumundan sonra Ukraynada ölən uşaqların sayı 144-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bu günə olan məlumata görə, müharibədə 144 uşaq həlak olub, 220-dən çoxu yaralanıb.

Uşaqlar müharibədə ən çox Kiyev, Xarkov, Donetsk, Çerniqov, Nikolayev, Luqansk, Zaporojye, Jitomir, Sumı və Xerson vilayətlərində əziyyət çəkir.

Mariupolda ölən və yaralanan uşaqlarla bağlı məlumatlar da müəyyənləşdirilir.

Martın 28-də Luqansk vilayətində üç yaşlı uşaq mina xəsarəti nəticəsində ölüb. Həmin gün düşmənin Zaporojye vilayətində kəndi atəşə tutması nəticəsində biri uşaq olmaqla üç dinc sakin yaralanıb.


Müəllif: Mənsur Rəğbətoğlu