5 Aprel 2022 10:34
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruslar bütün diqqətini Luqansk və Donetsk vilayətlərinin daha geniş sərhədlərini ələ keçirməyə çalışacaqlar ki, əvvəlki hərbi uğursuzluqları ört-basdır etsinlər.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun fikrincə, Rusiya Ukrayna ilə bağlı planlarını dəyişir və müharibənin yeni mərhələsinə hazırlaşır: “Bu, bir neçə ay və ya daha çox davam edə bilər”.

Sallivan qeyd edib ki, Rusiya hazırda Donetsk və Luqansk vilayətlərində Ukrayna əsgərlərinə hücum etmək üçün qüvvələri cəmləşdirir: “Ehtimal edirəm ki, ruslar Nikolayev şəhərini almaq istəyirlər və Xarkovda hücumları davam etdirəcəklər”.

ABŞ rəsmisinin sözlərinə görə, Rusiya qoşunları Ukraynanın şimalından Donbasa yenidən yerləşdiriləcək:

“Çox güman ki, işğalçılar on minlərlə əsgərdən ibarət əlavə batalyon taktiki qruplarını yerləşdirəcək. ABŞ proqnozlaşdırır ki, Rusiya bütün diqqətini Luqansk və Donetsk vilayətlərinin daha geniş sərhədlərini ələ keçirməyə çalışaraq bununla əvvəlki hərbi uğursuzluqlarını pərdələməyə cəhd edəcək”.


Müəllif: Nemət