18 May 2022 16:14
1 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna qoşunları Xarkovu azad edir və Donbasda rus işğalçılarının ümidsiz cəhdlərini boşa çıxarır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Dövlətimizin şimal rayonlarının əraziləri artıq azad edilib. Biz Xarkov vilayətini geri qaytarırıq. Dövlətimizin müdafiəçiləri Donbasdakı işğalçıların ən ümidsiz səylərini belə boşa çıxarırlar”, - prezident bildirib.

Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələri eyni vaxtda cənub bölgələrində də Rusiya qoşunlarının hücumlarını dəf edirlər.

“Zaporojye, Nikolayev və Odessanı müdafiə edirik. Hələ də işğal altında olan hər bir şəhəri və hər bir qarışı unutmamışıq. Həmişə demişəm, indi də deyirəm: bu, müvəqqəti işğaldır. Təbii ki, Krımı da unutmamışıq”.

Zelenskinin sözlərinə görə, işğalçı qüvvələr Ukraynada elə məğlubiyyətlə üzləşib ki, bu, Rusiyanın onilliklər ərzində müxtəlif müharibələrdə görmədiyi məğlubiyyətdən böyükdür.

“Hakimiyyətin təbliğatı ilə zəhərlənən bir çox rus sadəcə olaraq bunu dərk etmir. Onlar öz itkilərinin nə qədər böyük olduğunu görmək istəmirlər. Amma həyat onlara bu itkiləri hiss etdirəcək”, - Ukrayna lideri vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu