24 May 2022 00:39
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim NATO-nun genişlənməsilə bağlı siyasətimiz kiməsə qarşı düşmənçilik deyil, terrora qarşı olan prinsipal mövqedən irəli gəlir".

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə Finlandiya və İsveçlə bağlı hansı addımları atacağını bilir: "Bu ölkələr terror təşkilatlarına dəstək verməklə Türkiyədən NATO-ya üzvlük məsələsində “hə”, "yox" eşitmək arasında seçim etməlidirlər. Türkiyə mövqeyini bu ölkələr terror təşkilatlarına dəstəyini kəsdikdən sonra dəyişəcək".


Müəllif: Teleqraf.com