ABŞ Türkiyəyə F-16 qırıcılarının satışını dəstəkləyir. Sazişin tezliklə Konqres tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.
"Biz Türkiyəyə F-16 təyyarələrini satmalı və modernləşdirməliyik. Bu, bizim maraqlarımıza uyğundur", - Bayden deyib.
Oktyabr ayında Türkiyə Vaşinqtondan mövcud döyüş təyyarələrini təkmilləşdirmək üçün 40 ədəd “Lockheed Martin” F-16 qırıcı təyyarəsi və 80-ə yaxın dəst satmağı xahiş edib.