İsveç Baş naziri Maqdalena Andersson NATO-nun Madrid sammitində Türkiyə ilə əldə etdikləri razılaşmadan danışıb.
Teleqraf.com xəbər verir ki, baş nazir anlaşmanın yüz faiz arxasında olduqlarını bildirib.
“Təbii ki, anlaşmada nə varsa, ediləcək. Türkiyə daha əvvəl ekstradisiya (terrorçuların – red.) tələbləri ilə çıxış edib, biz da bununla məşğul olmuşuq. Bəzən deportasiya etdiklərimiz olub, çox vaxt isə olmayıb. Razılaşmanın yüz faiz arxasındayıq”, - Andersson bildirib.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin 70 terrorçunu Ankaraya təhvil verəcəyini açıqlayıb.