1 İyul 2022 20:45
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın nüvə proqramı bölgə və qonşu ölkələr üçün təhdiddir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəi Riçard Millz deyib.

BMT TŞ-ın iclasında çıxış edən diplomat Səudiyyə Ərəbistanı və BƏƏ-yə atılan son raketlərin İran istehsalı olduğunu açıqlayıb.

İrana çağırışlarını təkrarlayan Millz qeyd edib ki, Tehran bölgədə dəstəklədiyi və maliyyələşdirdiyi silahlı qruplaşmalara raket göndərməyi dayandırmalıdır.

ABŞ-ın nüvə anlaşmasına qayıtması ehtimalına toxunan diplomat söyləyib:

“ABŞ yalnız İranın nüvə müqaviləsindən kənar tələblərindən imtina edəcəyi təqdirdə, anlaşmaya qayıda bilər”.

İngiltərənin BMT TŞ-dakı nümayəndəsi Barbara Vudvord da İranın nüvə proqramını təhlükəli həddə inkişaf etdirdiyini vurğulayıb.

Onun sözlərinə görə, İranın nüvə fəaliyyətləri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər