4 İyul 2022 10:52
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan parlamentinin aşağı palatası ölkə Konstitusiyasına dəyişikliklər layihəsində Qaraqalpaqıstanın muxtariyyətinin qorunub saxlanılması barədə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə sözügedən qurum məlumat yayıb.

Parlamentlərin deputatları yekdilliklə Özbəkistan Konstitusiyasının 70, 71, 72, 73, 74, 75-ci maddələrinin mövcud normalarının saxlanılmasını dəstəkləyiblər.

İyulun 1-də Qaraqalpaqıstan Muxtar Respublikasında bu bölgənin Özbəkistandan ayrılmaq üçün referendum keçirmək hüququndan məhrum edə biləcək dəyişikliklərə qarşı etiraz aksiyaları keçirilib. Ertəsi gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyev muxtar respublikanın paytaxtı Nukus şəhərinə gələrək, bununla bağlı Konstitusiyaya dəyişiklik edilməyəcəyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər