ABŞ-da silahlı zorakılıqları kataloqlaşdıran Silah Zorakılığı Arxivi bu il ölkədə 186 gün ərzində 4 və ya daha çox insanın vurulması və ya öldürülməsi ilə nəticələnən 317 silahlı hücumun olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-da silahlı hücumlara hər gün bir yenisi əlavə edilir.
Təkcə ölkədə Müstəqillik Günü zamanı 22 yaşlı Robert E. Krimo Haylend parkında kütləyə atəş açıb, 7 nəfər ölüb, 39 nəfər yaralanıb.
Pensilvaniya ştatının Filadelfiya şəhərində 2 polis əməkdaşı və Minneapolis şəhərində qeyri-rəsmi atəşfəşanlıq zamanı 8 nəfər yaralanıb.
İndiana ştatının Qari şəhərində bir partiyaya silahlı hücum nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.