Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni evlənən cütlüklərə “ən azı üç uşaq sahibi olma” tövsiyəsi dünyanın ən zəngin adamlarından biri, amerikalı iş adamı İlon Mask tərəfindən dəstəklənib.
Teleqraf.com xəbər verir ki, Mask doğum nisbətini artırmaq üçün əlindən gələni etdiyini bildirib.
“Əhalinin sayının azalması böhranına kömək etmək üçün əlimdən gələni edirəm. Doğum nisbətinin aşağı düşməsi sivilizasiyanın indiyə qədər üzləşdiyi ən böyük təhlükədir”, - iş adamı vurğulayıb.
Mask daha sonra əlavə edib: “Ümid edirəm ki, sizin böyük ailələriniz olacaq, artıq bunu edənləri təbrik edirəm”.