10 İyul 2022 20:11
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Britaniya hökumətinin başçısı vəzifəsindən istefa verdiyini elan edən Boris Consonun dinc Rusiya ərazilərinə zərbələr endirməsində iştirakı olub".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

Onun sözlərinə görə, Belqorodun, Kurskın atəşə tutulmasının arxasında Boris Conson dayanır: "İngilislər bunu bilməlidir. O, son ukraynalıya qədər Rusiyaya qarşı müharibənin əsas ideoloqlarından biridir”.

Volodin Consonu Ukrayna lideri Vladimir Zelenskinin yaxın dostu və himayədarı kimi xarakterizə edib: "Avropa dövlətlərinin rəhbərlərinin belə bir siyasətin nəyə gətirib çıxardığını düşünməlidirlər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər