İran bu yaxınlarda Fordo nüvə obyektində quraşdırılmış sentrifuqalarda 20 faizədək zənginləşdirilmiş uran istehsal edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı İranın Nüvə Enerjisi Təşkilatının nümayəndəsinə istinadən məlumat yayıb.
"Biz Fordo zavodunda quraşdırılmış bir sıra sentrifuqalarda 20 faizədək zənginləşdirilmiş uran istehsal etdik", - deyə o, bildirib.
Nümayəndə əlavə edib ki, İranın hakimiyyəti "ən azı iki həftə əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinə yeni sentrifuqalara qazın vurulması barədə məlumat verib".