Braziliya ucuz dizel alqı-satqısı ilə bağlı Rusiyayla müqavilə bağlamaq istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkə prezidenti Jair Bolsonaro bildirib.
Prezident Bolsonaro heç bir təfərrüat açıqlamayıb.
İqtisadiyyat Nazirliyinin adının çəkilməsini istəməyən yüksək rütbəli məmuru təfərrüatları açıqlamaqdan imtina edərək “Məntiqlidir və nəhayət baş verə bilər” ifadəsini işlədib.
Qeyd edək ki, yüksək yanacaq qiymətləri Bolsonaronun oktyabr səsverməsindən əvvəl yenidən seçilmək ümidlərini sarsıdıb, nəticədə o, ictimai rəy sorğularında solçuların keçmiş lideri Silvadan geri qalır.
Braziliyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalarla üzləşmədən Rusiya dizelini necə alacağı bəlli deyil. Bolsonaro ABŞ-ın tələblərinə məhəl qoymayıb və müharibənin başlamasına bir neçə gün qalmış Putinlə görüşüb.