Əgər Ukrayna Xersonu geri qaytarmasa və Donbası müdafiə etməsə, o zaman 2023-cü ilin yazında Rusiya yenidən hücum əməliyyatlarına başlaya bilər. Belə şəraitdə Nikolayev, Odessa və Kiyev təhlükə altında olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Gələcək İnstitutunun icraçı direktoru, DİN-in keçmiş müşaviri Viktor Andrusiv deyib.
Mütəxəssisin fikrincə,, bütün proqnozlarda problem odur ki, vəziyyət daim dəyişir: “Yəni biz bugünkü vəziyyətə əsasən proqnoz verə bilərik. İndi vəziyyəti belə görürəm: payızın sonuna qədər Rusiya Donbası ələ keçirməyə çalışacaq və buna nail olmayacaq. Bütün imkanlarımızı yenidən qiymətləndirmək üçün qış lazım olacaq.
Hələ də Xersonu və cənubu qaytarsaq, Rusiyanın hücum müharibəsini davam etdirmək şansı azalacaq. Əgər Rusiya Donbası tutsa, Xerson geri qaytarılması üçün çox güman ki, yazda yeni hərbi əməliyyatlar olacaq. Bu, Nikolayev, Odessa və Kiyevə hücumun təkrarıdır. Ona görə də müdafiə etmək çox vacibdir. Donbası və Xerson geri alınmalıdır”.