Ukrayna və Rusiya taxıl ixracı ilə bağlı razılığa gəlməkdən iki addım uzaqdadır.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Ukrayna öz taxılını beynəlxalq bazara çıxarmağa hazırdır. Rusiya ilə anlaşmaya iki addım qalmışıq. Son mərhələdəyik, indi hər şey Rusiyadan asılıdır. Əgər həqiqətən də istəsələr, yaxın vaxtlarda taxıl ixracına başlanacaq”, - nazir bildirib.
Hazırda Ankaranın da fəal rol oynadığı Qara dəniz vasitəsilə Ukrayna taxılının ixracının təşkili üçün beynəlxalq danışıqlar aparılır. Türkiyə nümayəndələri Kiyev və Moskva ilə taxıl dəhlizinin yaradılmasını müzakirə edirlər.