Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərərsizləşdirilən terrorçualar Türkiyə Silahlı Qüvvələrinin "Fərat qalxanı" əməliyyatı zonasına hücum hazırlayıb.
Qeyd edək ki, Türkiyə ordusu Suriyanın şimalında fəaliyyət göstərən terrorçulara qarşı əməliyyatları davam etdirir.