14 İyul 2022 20:30
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın raket hücumuna məruz qoyduğu Ukraynanın Vinnitsa şəhərində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq birgünlük matəm elan olunub.

Teleqraf.com xəbər verir ki, Rusiyanın raket hücumu nəticəsində Ukraynanın Vinnitsa şəhərində ölənlərin sayı 22 nəfərə çatıb.

Bildirilib ki, 39 nəfərin taleyindən hələ ki xəbər yoxdur və axtarışları davam etdirilir.

İyulun 15-i Vinnitsa şəhərində bayraqlar endiriləcək, hadisənin qurbanları yad ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər