Bu gün ABŞ Dövlət Departamenti Estoniyaya ümumi dəyəri 1,5 milyard dollardan çox ola biləcək HIMARS çoxillik raket sistemlərinin satışını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, Estoniya üçün təsdiqlənmiş paketə M142 yüksək mobil artilleriya raket sisteminin (HIMARS) altıya qədər buraxılış qurğusu, döyüş sursatı, köməkçi avadanlıq, ehtiyat hissələri və texniki dəstək daxildir.
HİMARS partiyasının Estoniyaya nə zaman çatacağı hələlik məlum deyil.
Qeyd edək ki, hazırda Ukraynaya ən ciddi dəstək verən ölkələrdən biri Estoniyadır.