6 Dekabr 2014 04:08
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın şimalında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Şimali Molukka əyalətinin Xalmaxera adasından 122 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı elan edilməyib.

Dekabrın 6-a keçən gecə daha bir zəlzələ Filippinin cənub sahillərində qeydə alınıb. 4,5 bal gücündə baş verən zəlzələnin episentri Qərbi Davao əyalətinin Saranqani şəhərindən 351 km cənub-şərqdə, ocağı isə 118 km dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı elan edilməyib.


Müəllif:

Oxşar xəbərlər