12 Sentyabr 2022 21:57
1 956
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya hakimiyyəti Ukraynada xüsusi hərbi əməliyyatın statusunu dəyişməyə hazırlaşır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Marat Bəşirov deyib.

“Əməliyyatın statusu ilə bağlı dəyişiklik hazırlanır”, - ekspert Teleqram kanalında yazıb.

Bununla belə, Bəşirov nə demək istədiyini aydınlaşdırmayıb.

Qeyd edək ki, Ukrayna ordusu Xarkov vilayətini Rusiya işğalından tam azad edib. Bundan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən rədd edilən dialoq təklifi ilə çıxış edib.

Ekspertlər rus ordusunun Ukraynadakı son uğursuz əməliyyatlarının Rusiyada yeni gəlişmələrə yol aça biləcəyini iddia edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər