“Rusiya məğlub olacaq. O, artıq böyük biabırçı məğlubiyyətə uğrayıb. Əgər ukraynalılar qarşıdakı bir ay ərzində Xersonu azad edə bilsələr, bu, Rusiya dövləti və hakimiyyəti üçün tam fəlakət olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
“Kim günahkardır: fürer, yoxsa generallar? Fürer generalları ləkələmək üçün kampaniyaya başlayıb. Fürer onları silahlarını təslim etməyə və tərəf tutmağa çağırır. Bu, Stalinin 1941-ci ildə məğlubiyyətdən sonra general Pavlova etdiklərini xatırladır”, - politoloq söyləyib.
Onun sözlərinə görə, Rusiyada səfərbərlik qərarı federasiyanı sosial fəlakətə sürükləyir və bu, artıq partlayıb:
“Səfərbərlik çərçivəsində 300 min nəfər çağırılacağı açıqlandı, ancaq bir milyon nəfər çağırmağı planlaşdırdıqları üzə çıxdı. Amma ortada heç nə yoxdur: nə corab, nə ayaqqabı, nə avadanlıq, nə silah var – hər şey oğurlanıb. Bu vəziyyətdə təbliğatda “Böyük Putinin nüfuzunu generallar aşağı saldı” məsələsi gündəmə gəlir.
Generallara qarşı kütləvi qırğın hazırlanır. Qərar verməlidirlər: ya onlara işgəncə veriləcək, ya öldürüləcək, ya da...
Putin məğlubiyyətin qaçılmaz olduğunu anlayıb. Bu fəlakəti kimsə izah etməlidir. Amma o, Sevastopolun təslim olmasından sonra çar I Nikolay kimi intihar etməyəcək”.
Eyni zamanda, Piontkovski qeyd edib ki, bütün bunlara baxmayaraq Putin müdafiə naziri Sergey Şoyqu və digər generalları işdən çıxarmır:
"Çünki onları işdən çıxarsa, yenilərini təyin edəcək, iki həftədən sonra ukraynalılar Xersonu geri alacaqlar. Generalları ittiham etmək üçün bu kampaniyaya başlayırlar. Bu fəlakətin məsuliyyətini generalların üzərinə atacaqlar”.